Qaxda əzgil yığmağa gedən qoca yıxılaraq ölüb
Qax rayonunun Qaşqaçay kəndində 3 gün öncə əzgil yığmağa gedən və geri qayıtmayan 76 yaşlı kişinin meyiti tapılıb. APA TV-nin xəbərinə görə, kənd sakini Hacı Quliyev Qax rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək bildirib ki, atası 76 yaşlı Səməndər Quliyev dekabrın 15-də meşəyə gedib və qayıtmayıb. Polis əməkdaşları və kənd sakinləri dağlıq meşəlik əraziyə gedərək Səməndər Quliyevi axtarıblar. Ancaq axtarışlar nəticə verməyib.Yenidən bu gün bir qrup kənd sakini əraziləri axtararkən Səməndər Quliyevin meyitini kəndin yaxınlığından axan Qaşqaçay çayın ətrafından tapıblar. Onun beton bənd üzərindən yıxılaraq öldüyü bildirilir.
Səməndər Quliyev şair olub və onun şeir kitabı işıq üzü görüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1321
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1265
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1883
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1236
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2050
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2152