Türkiyənin UNESCO-dakı daimi nümayəndəsi: "Azərbaycanın mövqeyini hər zaman dəstəkləyirik"
“Ermənistan təkcə Azərbaycanın milli mətbəxinə yox, musiqisi və folkloruna da iddia edir. Ümid edirəm ki, Ermənistanın UNESCO-dakı nümayəndəliyi qarşıdurmaya getməyəcək”.
Bunu APA TV-yə açıqlamasında Türkiyənin UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri səfir Hüseyn Avni Botsalı deyib: "Ermənistan lavaşı özünün qeyri-maddi mədəni irsi kimi siyahıya salmağa çalışsa da, Türkiyə tərəfi lavaşın bölgə xalqlarının mətbəx nümunəsi olduğunu bəyan edib. Azərbaycan və Türkiyənin UNESCO-dakı nümayəndəlikləri birgə fəaliyyət göstərir, davamlı olaraq bir-biri ilə məlumat bölüşür, məsləhətləşir. UNESCO-nun fəaliyyəti yalnız mədəni sahədə deyil. Burada digər – təhsil, regionda sülh kimi önəmli məsələlər də müzakirə olunur, biz Azərbaycanla birlikdə bu istiqamətdə öz təkliflərimizi, ideyalarımızı ortaya qoyuruq. Bölgəmizdə sülhün möhkəmləndirilməsi üçün ortaq fəaliyyətimizin böyük önəmi var”.
Diplomat bildirib ki, Türkiyə beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini daim dəstəkləyib və bundan sonra da belə olacaq.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb