Xətaidə liftdə qalan 6 nəfər xilas edildi
Bakıda köməksiz vəziyyətdə liftdə qalan 6 nəfər xilas edilib. APA TV-nin məlumatına görə, hadisə Xətai rayonu, Süleyman Vəzirov 22 ünvanında qeydə alınıb. 16 mərtəbəli binanın nasaz liftində 6 nəfərin köməksiz vəziyyətdə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 "qaynar xətt"inə məlumat daxil olub. Dərhal hadisə yerinə yollanan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi alət və avadanlıqların köməyi ilə liftin qapılarını açmağa çalışıblar.
Təxminən yarım saat çəkən əməliyyatın sonunda xilasedicilər köməksiz vəziyyətdə qalan Yusif Həsənov, Ruslan Rzayev, Fərdi Əmirov, Vasif Əhmədzadə, Şahin Hüseynli, Zahid Abdullayevi xilas ediblər.
Araşdırmalar nəticəsində məlum olub ki, lift elektrik xəttində baş verən problem səbəbindən xarab olub.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ