Bakıda mağazaları qarət edən keçmiş məhkum tutuldu
Bakıda ticarət obyektlərinin qarət edən şəxs polis tərəfindən saxlanılıb. APA TV-nin məlumatına görə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindəki obyektlərin qarət edilməsi ilə bağlı 102 xidmətinə məlumat daxil olub. Sabunçu polisi dərhal əməliyyat- axtarış tədbirlərinə başlayıb. Tezliklə ticarət obyektlərini qarət edən 33 yaşlı Ceyhun Vəliyev saxlanılıb.
İlkin dindirilmə zamanı Ceyhun Vəliyev törətdiyi əməli etiraf edib. O bildirib ki, plastik qapı və pəncərələrini qıraraq, daxil olduğu ticarət obyektlərini qarət edərək pulları yeyib-içməyə xərcləyib.
Qeyd edək ki, saxlanılan şəxs əvvəllər oğurluq üstündə məhkum olunub. Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1321
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1265
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1883
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1236
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2050
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2152