Bakıda silah-sursat və əl-qumbarası tapıldı
Bakının Binəqədi rayonunda torbada istifadəyə yararlı silah-sursat tapılıb. APA TV-nin məlumatına görə, ötən axşam Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanında sellofan torbada silah-sursatın küçənin ortasına qoyulması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 "qaynar xətti"nə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
FHN-in mütəxəssisləri aşkarlanmış torbaya baxış keçirərkən 1 ədəd tapança, 11 ədəd avtomat gülləsi və 2 ədəd istifadəyə yararlı əl-qumbarası aşkar ediblər.
Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər təhlükəli əşya aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb