Bakıda sərxoş kişi intihara cəhd edib
Bakı sakini intihara cəhd edib. Hadisə Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yerləşən 3 mərtəbəli binada baş verib. APA TV-nin xəbərinə görə, Nərimanov rayonunda qeydiyyatda olan 1986-cı il təvəllüdlü Cəfərov Ceyhun Şövkət oğlu sərxoş halda yaşadığı evin damına çıxaraq, intihar etmək istəyib. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib. Danışıqlar zamanı məlum olub ki, 28 yaşlı Ceyhun Cəfərovun intihara etməsinə səbəb mənzil problemidir. O, özü üçün bir otaqlı ev istəyir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu fikrindən daşındırıblar.
Ceyhun Cəfərov Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə aparılıb.
OXŞAR XƏBƏRLƏR
17:46
1106
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
882
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1197
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
684
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1604
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1736