Türkiyədə müalicə alan daha bir hərbçimiz vətənə qayıdıb
Ermənistan qoşunlarının təmas xəttində yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan hərbçilərdən daha biri - 19 yaşlı Sərxan Tahirzadə bu gün Bakıya gətirilib.
APA TV-nin məlumatına görə, Türkiyədə müalicəsi başa çatan S. Tahirzadəni Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri və əsgərin yaxınları qarşılayıb.Sərxan Tahirzadə hazırda özünü yaxşı hiss etdiyini deyib: “Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürümü bildirirəm. İki ayağımdan əməliyyat olundum və hazırda özümü yaxşı hiss edirəm. Azərbaycan ordusunun əsgərlərinə səslənirəm: hər zaman ayıq-sayıq olun və vətəni göz bəbəyiniz kimi qoruyun”.
Bu ilin avqustunda düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə göndərilib. Onlardan ikisi artıq vətənə qayıdıb. Əsgərlərin müalicəsini Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürüb.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ