Bakıda taksi sürücüsünü maşın vurdu
Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Gürcüstan vətəndaşı Raqif Qarayev "Opel" markalı nəqliyyat vasitəsi ilə Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Sabunçu dairəsinin yaxınlığında avtomobilindən düşüb yolu keçmək istəyən 37 yaşlı Zaur Vaqif oğlu Əhmədovu vurub. Hadisədən sonra özünü itirməyən "Opel"in sürücüsü yaralı Zaur Əhmədovu öz maşını ilə yaxınlıqdakı 3 saylı şəhər kliniki xəstəxanasına çatdırıb. Dərhal əməliyyat olunan yaralının həyati təhlükəsi aradan qaldırılıb.
Yaralı Zaur Əhmədovun anası oğlunun taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. Hadisə də Sabunçu rayonunda Zaur müştərini maşınından düşürdükdən sonra baş verib. Zərərçəkənin anası deyib ki, oğlu yolu keçərək, mağazaya girmək istəyirmiş.
Qəzanı törədən Raqif Qasımova gəlincə, hadisə zamanı içkili olub-olmamasının yoxlanılması üçün müayinəyə aparılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ