Bakıda sükan arxasında yatan sürücü qəza törətdi
Ötən gecə Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə gecə saat 01.00 radələrində Azadlıq prospektinin Rəsulzadə qəsbəsindən keçən hissəsində qeydə alınıb. Prospektlə hərəkət edən "Azsamand" markalı nəqliyyat vasitəsinin sürücüsü qəflətən idarəetməni itirib. Nəticədə əks hərəkət zolağına çıxan avtomobil "BMW" markalı minik maşını ilə toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində "Azsamand"ın sürücüsü yüngül xəsarət alıb. Avtomobillərə isə ciddi ziyan dəyib.
Yol-Patrul Xidmətinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. İlkin araşdırmalardan sonra məlum olub ki, qəza "Azsamand"ın sürücüsünün sükan arxasında yuxulaması nəticəsində baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
14:40
1339
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1277
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1895
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1239
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2053
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2154