FHN-nin yeni qurumunun inzibati binasının açılışı olub
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin yeni inzibati binasının açılışı olub.
APA TV-nin məlumatına görə, açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iştirak edib.
Nazir rəmzi açılışı bildirən lenti kəsib.
İdarədə mərtəbələrinin sayı 3-dən çox, hündürlüyü 12 metrdən çox olan yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi üçün ekspertiza rəylərinin verilməsi vahid pəncərə əsasında həyata keçiriləcək.
Yerli icra qurumları yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi ilə bağlı hüquqi və fiziki şəxslərin müraciətlərini müvafiq sənədlərlə birgə ekspertiza üçün təqdim edəcək.
FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, FHN Dövlət Yanğın Xidməti, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyi, FHN “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Mühəndis Geoloji Mərkəz, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi “Tikinti və Şəhərsalma Məcəlləsi”nə əsasən layihə sənədlərinə rəy verəcək.
Daha sonra K. Heydərov FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İnformasiya Mərkəzi və Dövlət Agentliyinin Mühəndis Təminatı, Texnoloji Həllər və Avadanlıqlar şöbəsinin işi ilə tanış olub.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ