Nazirlikdən sosial şəbəkələrdə yayılan viruslarla bağlı xəbərdarlıq
Bu gün sosial şəbəkələr üzərindən bir sıra spam və virusların fəallaşması müşahidə edilib. “APA-Economics”in məlumatına görə, viruslar əsasən Facebook sosial şəbəkəsinin istifadəçilərinə video şəklində gəlir.
Bununla əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi sosial şəbəkə istifadəçilərini diqqətli olmağa, öz internet provayderlərinə müraciət etməyə çağırır və bu kimi mesajları açmamağı və dərhal silməyi tövsiyə edir.
Qeyd edək ki, bu tipli mesajların qəbulu və əlavədəki faylların açılması sizin kompüterinizi və məlumatlarınızı, habelə təşkilatınızın, şirkətinizin şəbəkəsindəki digər kompüter və ya hər hansı informasiya daşıyıcı və vasitələrini təhlükə qarşısında qoyur.
OXŞAR XƏBƏRLƏR
14:40
1339
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1277
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1895
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1239
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2053
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2154