Şamaxıda taksi sürücüsünü 3 manata görə öldürüblər
Şamaxıda taksi sürücüsünü xüsusi işgəncə ilə qətlə yetirən şəxslər Zaqatalada yaxalanıblar. APA TV-nin xəbərinə görə, dekabrın 15-də Bakı-Şamaxı-Yevlax yolunun Şamaxının Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində Füzuli rayon sakini, hazırda Bakının Maştağa qəsəbəsində müvəqqəti məskunlaşan 1988-ci il təvəllüdlü Qurbanov Ceyhun İmaş oğlunun meyiti tapılıb. Keçirilən əməliyyatla taksi sürücüsünü qətlə yetirən Zaqatala rayon sakini Süleymanov Mark Abil oğlu və Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Qasımov Pərviz Ələmdar oğlu tutulub. Onlar Mark Süleymanovun atasının Zaqatalanın Qandıx kəndindəki evində yaxalanıblar. Təqsirləndirilən şəxslər ilkin ifadələrində sürücünü onları təhqir etdiyi üçün qətlə yetirdiklərini deyiblər. Məlum olub ki, onlar mərhumun şalvarının cibindəki 3 manat pulu götürüblər. Sürücünün meyitini taksi kimi istifadə etdiyi 99-AY-869 dövlət nömrə nişanlı, “Azsamand” markalı minik avtomobilinin yük yerinə qoyaraq, maşını dərəyə aşırıblar. Ceyhun Qurbanov öz maşını ilə onları Zaqatalaya aparırmış.
Qeyd edək ki, Ceyhun Qurbanovun kəndirlə boğulduğu, ürək və qarın nahiyələrinə kəsici və deşici alətlə xəsarətlər yetirildiyi və başından travma aldığı müəyyən edilib.
Faktla bağlı istintaq davam edir.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ