Bayraq Meydanı yaxınlığında qəza törədən sürücü hadisə yerindən qaçdı
Ötən gecə paytaxtın Səbail rayonunda yol-nəqliyyat hadisəsi verib. APA TV-nin məlumatına görə, qəza Bayraq Meydanının yaxınlığında qeydə alınıb. Hələlik kimliyi məlum olmayan “ Subaru” markalı minik avtomobilinin sürücüsü Qaradağ istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşını yol kənarındakı binanın hasarlarına çırpılıb. Baş verən qəzada xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb. Sürücü isə hadisə yerindən qaçıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzanın baş verməsinə sürücünün avtomobili yüksək sürətlə idarə etməsi və dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
OXŞAR XƏBƏRLƏR
14:40
1339
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1277
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1895
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1239
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2053
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2154