Yasamalda iki avtomobil toqquşub: 3 yaralı
Bu gecə paytaxtın Yasamal rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza rayonun Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Emin Kazımov idarə etdiyi "Daewoo" markalı maşınla hərəkətdə olan zaman qarşısına piyadanın çıxması nəticəsində idarəetməni itirərək yolun əks istiqamətinə keçib. O, Məlik Əliyevə məxsus "Kia" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən avtomobil yol kənarına çıxıb. Qəza törətmiş avtomobilin sürücü və sərnişini, digər avtomobildəki sərnişin yüngül bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb