“Sərsəng SOS: Humanitar Böhran Təhdidi” kitabı təqdim olundu
“Sərsəng SOS: Humanitar Böhran Təhdidi” adlı kitabın təqdimatı keçirilib. APA TV-nin xəbərinə görə, kitab Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng harayı” layihəsi çərçivəsində hazırlanıb.
Kitabın redaktoru, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, kitab ermənilərin işğalı altında olan Sərsəng su anbarında yarana biləcək humanitar fəlakəti özündə əks etdirir. Kitabın Azərbaycan, ingilis və fransız dillərində də nəşr olunduğunu deyən Vəli Əlibəyov qeyd edib ki, 3 nəfərdən ibarət yaradılan işçi qrup ekoloji fəlakətin yaşana biləcəyi Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Yevlax rayonlarında araşdırmalar aparıb və kitabdakı məlumatlar real faktlara söykənir.
İşçi qrupunun üzvü, hüquqşünas Nazir Quliyev isə deyib ki, işğal altında olan Sərsəng su anbarı bir su hövzəsindən daha çox, cəmiyyətə təhlükə kimi yadda qalıb. O bildirib ki, ermənilərin su hövzəsini çirkləndirməsi nəticəsində anbarın suyundan istifadə edən bölgələrdə doğum azalıb, insanların sağlamlığında problemlər yaranıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb