Əlil azyaşlı övladının əməliyyatı üçün maddi yardım gözləyir
I qrup əlil Elşən Süleymanovun azyaşlı övladının əməliyyatı üçün maddi yardıma ehtiyacı var. APA TV-nin xəbərinə görə, 2 il əvvəl onun kiçik oğlu Bəyməmməd Süleymanov hamamdakı qaynar su vedrəsinə düşüb və bədəninin 70 faizi yanıb. O, bir dəfə əməliyyat keçirsə də, həkimlər təkrar əməliyyata ehtiyac olduğunu deyiblər. Ailə başçısı Elşən Süleymanov gözdən əlildir. Həyat yoldaşı isə heç bir yerdə işləmir. Ailənin növbəti əməliyyat üçün imkanı yoxdur: "Birinci dəfə xeyirxah insanların yardımı ilə əməliyyat olundu. Amma ikinci əməliyyat da vacibdir".
Süleymanovlar ailəsi xeyirxah insanlardan yardım gözləyir. Yardım etmək istəyənlər 055 - 6967544 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
OXŞAR XƏBƏRLƏR
14:40
1349
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1287
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1904
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1241
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2055
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2156