BŞBPİ-nin 9 yüksək rütbəli əməkdaşı işdən çıxarılıb - YENİLƏNİB
Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin yüksək rütbəli əməkdaşlarının işdən çıxarılması ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Daxili İşlər Nazirliyində Bakı Şəhər Baş Polis İdarəsində idarəçilik və təşkilatçılıq fəaliyyətinin yoxlanılmasının nəticələrinə həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.
İşdə yol verdikləri ciddi nöqsanlara görə Baş İdarənin Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov və digər 3 əməkdaş tutduqları vəzifələrdən azad olunublar.
Qeyd edək ki, yoxlama Daxili İşlər Nazirliyinin əsas Təşkilati Tədbirlər Planına uyğun olaraq aparılıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb