Nazir: "Çox vaxt müsabiqəyə çıxarmaq üçün dərslik tapa bilmirik"
"Keyfiyyət bir tərəfə, çox vaxt müsabiqəyə çıxarılması üçün kifayət qədər dərslik tapmaqda çətinlik çəkirik".
APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, 2012-ci ildə 17 fənn üzrə dərsliklərin hazırlanması üçün keçirilən tenderlərdən cəmi 2-si, 2013-cü ildə 21 fənn üzrə tenderdən cəmi 2-si, 2014-cü ildə isə 22 fənn üzrə keçirilən tenderdən cəmi 6-sı baş tutub: "Tender baş tutub, o deməkdir ki, bizim seçmək, qiymətləndirmək üçün ən azı 3 təklifimiz olub. Görürük ki, əksər halda müsabiqəyə çıxarılması üçün yetərincə dərslik göndərilmir. Bu, son illərin statistikasıdır və bu statistika ciddi şəkildə dəyişib. Bu sayda müəyyən artım var, amma 20-22 fəndən 5-6 təklif qaneedici hesab oluna bilməz".
Nazir əlavə edib ki, bu ildən dərsliklərin hazırlanması ilə bağlı müəyyən qədər dəyişilib. Bu il VII siniflərlə yanaşı, VIII siniflərin əksər dərsliklərinin layihəsini əldə edə biliblər.
Mikayıl Cabbarov onu da deyib ki, bu ildən ilk dəfə olaraq yeni hazırlanan dərsliklərin keyfiyyətinin monitorinqi aparılıb və bu, dərsliklər çapa verilməzdən öncə həyata keçirilib.
Bakıda Təhsil Nazirliyinin dəstəyi ilə hazırlanmış elektron resursların təqdimatı keçirilib. Nazirliyin şöbə müdiri Emin Əmrullayev elektron resuralarla bağlı ətraflı məlumat verib.
Bu günə qədər 25000-dən artıq istifadəçi qeydiyyatdan keçərək elektron dəsrliklərdən istifadə edir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb