Balakən sakini həmyerlisini bıçaqlayıb
Balakən rayon sakini həmkəndlisini ölümcül bıçaqlayıb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Talalar kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Əhməd Tərlanovla həmkəndlisi 33 yaşlı Kəmran Lətifov arasında olan şəxsi münasibətlər zəminində münaqişə olub. Əhməd Tərlanov üzərində gəzdirdiyi bıçaqla Kəmran Lətifovu vuraraq hadisə yerindən qaçıb. Xəsarət alan Kəmran Lətifov Balakən Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Əhməd Tərlanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1349
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1287
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1904
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1241
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2055
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2156