Lənkəranda reyd: 30 sürücü cəzalandırıldı
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları növbəti reyd keçiriblər. APA TV-nin cənub bürosunun məlumatına görə, reyd nəqliyyatın intensiv hərəkətdə olduğu Füzuli və Şəhidlər Xiyabanı küçələrində reallaşıb. Şöbənin post-patrul xidməti əməkdaşlarının da qatıldıqları tədbir əsasən texniki baxışdan keçməyən, təhlükəsizlik kəmərlərindən istifadə etməyən, yol hərəkəti qaydalarını pozan avtomobil sürücülərini aşkarlamaq məqsədi daşıyıb. Reyd zamanı avtomaşını texniki baxışdan keçirməyən, avtomaşınları sürücülük vəsiqəsi olmadan idarə edən, avtomaşına əlavə avadanlıqlar quraşdıran, eləcə də polisin “Dayan!” əmrinə tabe olmayan 30-a yaxın sürücü saxlanılıb. Onlar barəsində “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələrinə əsasən cəza tədbiri seçilib.
Bundan əlavə reydlərə müdaxilə və maneəçilik törədən şəxslər barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb, sənədi olmayan sürücülərin avtomobili isə cərimə meydançasına aparılıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb