Bakıda 30 metr dərinlikdəki quyuya düşən gənc xilas edildi-REAL GÖRÜNTÜLƏR
Görüntülər Suraxanı rayonu Balaxanı qəsəbəsindəki xilasetmə əməliyyatındandır. APA TV-nin məlumatına görə, ötən gecə Balaxanı qəsəbəsində quyuya düşən bir nəfərin köməyə ehtiyacı olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 "qaynar xətt"inə məlumat daxil olub. Dərhal hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunublar. Məlum olub ki, quyuya düşən şəxs 2000-ci il təvəllüdlü Əhmədov İlkin Fərhad oğludur. O, yaşıdları ilə tonqal qalayıb isinərkən ehtiyyatsızlıqdan quyuya düşüb.
Qonşuların sözlərinə görə, evə gec gəldiyini görən valideynləri İlkinin axtarışlarına başlayıblar. Az sonra məlum olub ki, o dostları ilə birgə oynayarkən quyuya düşüb.
Xilasetmə əməliyyatına başlayan xilasedicilər xüsusi alpinist ləvazimatlarının köməyi ilə havasızlıqdan boğulmaq təhlüksi ilə üzləşən İlkin Əhmədovu tez bir zamanda xilas edərək ailəsinə təhvil veriblər.
Qeyd edək ki, hadisə zamanı İlkin Əhmədov xəsarət almayıb. Olay yerinə yollanan Təcili Yardım maşınında ona ilkin tibbi yardım olunub və hazırda vəziyyəti yaxşıdır.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ