Avtobusla toqquşan "VAZ 21011" parçalandı, eyni ailədən 1 nəfər öldü, 3 nəfər yaralandı
Qazax-Gürcüstan avtomagistralının 352-ci kilometrliyində bir nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, Göygöl rayonu Hacıməlik kəndi ərazisində Daşkəsən-Bakı marşrutu üzrə işləyən “Hyundai” markalı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan Goranboy rayon Todan kənd sakini, 40 yaşlı Sarif Həsənəliyevin idarə etdiyi “VAZ 21 011”markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən yoldan çıxan minik maşını parçalara ayrılıb. Maşındakı əşyalar isə yola səpələnib. Qəza nəticəsində sürücünün 7 yaşlı oğlu Azad Həsənəliyev hadisə yerindəcə ölüb. Sürücünün özü və həyat yoldaşı 31 yaşlı
Elnarə Əliyeva, eləcə də onların 6 yaşlı qızı Aysu Həsənəliyeva ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qəza zamanı içərisində sərnişinlər olan avtobusda heç kim xəsarət almayıb. Baş vermiş hadisənin təfərrüatları ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ