ANAMA-nın baş direktoru Nazim İsmayılov dəfn olunub
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov Təzəpir məscidindən son mənzilə yola salınıb. APA TV-nin xəbərinə görə, vida mərasimində bir çox dövlət və hökumət nümayəndəsi iştirak edib.
Nazim İsmayılov II Fəxri xiyabanda dəfn olunub.
Qeyd edək ki, N.İsmayılov uzun sürən xəstəlikdən dünyasını dəyişib. O, ANAMA-nın yaradıldığı tarixdən - 1998-ci ildən agentliyin rəhbəri vəzifəsində çalışıb.
O, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işinin təşkilində xidmətlərinə görə bir neçə dövlət mükafatı ilə təltif olunub.
Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
14:40
1351
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1288
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1906
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1241
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2055
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2156