Zaqatalada gənc qadın dərmandan zəhərlənib
Zaqatalada bir övlad anası dərmandan zəhərlənib. Rayon Mərkəzi Xəstəxanasından APA TV-yə verilən məlumata görə, Zaqatala şəhəri, Azərbaycan prospekti 39/1 ünvanında yaşayan 1989-cu il təvəllüdlü, Aynur Ramazanəli qızı Abakarova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 25 yaşlı Aynur Abakarova xeyli miqdarda dərman qəbul edib. Ailəli və bir övlad anası olan Aynur Abakarova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və ona lazımi ilkin tibbi yardım göstərilib. Aynur Abakarovanın dərmanları hansı məqsədlə içməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1351
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1288
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1906
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1241
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2055
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2156