Nalbandyan Türkiyəni "düşmən" dövlət adlandırdı
“Türkiyə Ermənistanla münasibətləri inkişaf etdirməyə hazır deyil”.
APA-nın News.Am-a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın XİN başçısı Edvard Nalbandyan mətbuat konfransında bildirib.
O, türkiyəli həmkarı Mövlud Çavuşoğlunun bəzi şərtlər daxilində Ermənistanın regional layihələrə cəlb olunmasının mümkünlüyü barədə açıqlamasını şərh edərkən rəsmi Ankaranın ünvanına sərt ittihamlar səsləndirib.
“Diplomatik əlaqələr qurmadan, Ermənistanla sərhədləri bağlı saxlayan, soyqırımı inkar siyasəti yürüdən və ümumiyyətlə, Ermənistana və erməni xalqına aid məsələlərdə düşməncəsinə davranan ölkə ilə əməkdaşlıq etmək olarmı? Nə zaman ki, Türkiyə öz üzərinə düşən vəzifələri yerinə yetirər, onda əməkdaşlıq münasibətləri barədə danışa bilərik”, - deyə E.Nalbandyan əlavə edib.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ