Gəncədə avtomobil yolun ortasında yandı
Bu gün səhər saatlarında Gəncədə minik avtomobili yanıb. APA-TV-nin qərb bürosunun verdiyi məlumata görə 21 yaşlı Emil İsmayılov idarə etdiyi “VAZ 2106” markalı maşınla şəhərin Mirzə Abbas Abbaszadə küçəsi ilə hərəkətdə olarkən maşın anidən yanmağa başlayıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsi yanaraq yarasız hala düşüb. Dərhal hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb. Yanğına ilkin səbəb kimi avtomobilin mühərrikində baş verən nasazlıq göstərilir. Məlumata görə, sürücü avtomobili dünən təmirdən çıxarıb. Gəncə Dövlət Yanğından Mühafizə Hissəsində yanğının səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1351
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1288
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1906
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1241
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2055
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2156