Azərbaycan prezidenti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
Dekabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Mərasimə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də qatılıblar.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Azərbaycanın dövlət himni səslənib.
Dövlət başçısı və xanımı görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
OXŞAR XƏBƏRLƏR
17:46
1073
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
843
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1158
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
679
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1602
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1730