FHN-in Akademiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
FHN-in mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı Fəzail İbrahimli, Akademiyanın rəhbər heyəti, əməkdaşları və kursantlar iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov dekabr ayının 1-dən 15-dək təhsil ocağındakı Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında açıq dərslərin keçirildiyini bildirib, ulu öndərin dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən danışıb.
Fəzail İbrahimli XX əsr Azərbaycan tarixində milli ruhun, milli özünüdərkin yüksəlişində, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsində ümummilli liderin müstəsna rolundan söhbət açıb, onun siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin sürətlə inkişaf etdiyini, onun Azərbaycan dövlətini dünyaya tanıtdığını bildirib.
Tədbirin sonunda FHN-in Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Sən elə bir zirvəsən...” sənədli filmi nümayiş olunub.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ