Serbiya parlamentinin sədri Azərbaycana gəlib
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə Azərbaycanda səfərdə olan Serbiya parlamentinin sədri Maya Qoykoviç deyib. O bildirib ki, səfərinin məqsədi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün müzakirələr aparmaq və parlamentlərarası əlaqələrin gücləndirilməsi üçün dialoq qurmaqdır: “Parlamentin sədri kimi bu mənim Azərbaycana ilk səfərimdir. Ölkə rəhbərliyi və parlament rəhbərliyi ilə görüşlərim olub və olacaq. Səfərimin məqsədi ikitərəfli əməkdaşlıqda irəliləyişə nail olmaqdan ibarətdir”.
M. Qoykoviçin rəhbərli etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib.
OXŞAR XƏBƏRLƏR
14:40
1367
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1305
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1922
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1244
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2058
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2158