Lənkəranda partlayış: Ata-ana və 3 uşaq ağır yaralandı
Lənkəran rayonunun Liman şəhərində güclü partlayış baş verib. APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə ötən gecə şəhər sakini Zərdiyev İsmayıl Nağdalı oğluna məxsus yaşayış evində qeydə alınıb. Yanğına keçən partlayış nəticəsində ev sahibinin özü, həyat yoldaşı Elnarə Zərdiyeva, övladları Aytac, Kənan və Nərmin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların beşinin də vəziyyəti ağır qiymətləndirilir.
Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal olunur. Partlayış baş verən ev dağılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1370
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1309
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1926
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1244
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2058
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2158