Şaxta Baba olmaq istəyənlər nə etməlidirlər? - ŞƏRTLƏR
Dənizkənarı Bulvar istisna olmaqla, Bakı şəhərinin meydanlarında və əhalinin gur olduğu yerlərdə Şaxta babalar dekabrın 20-dən sonra fəaliyyətə başlayacaq.
Bu barədə APA-ya Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib. Hələlik Departamentə Şaxta Baba fəaliyyəti üçün icazə almaq istəyənlərdən müraciət daxil olmadığını deyən qurum rəsmisi əlavə edib ki, bu il müraciətlər bir qədər gecikir. Təcrübə göstərir ki, müraciətlər əsasən əhalinin gur olduğu ərazilərdə fəaliyyətlə bağlı olur.
Departament Dənizkənarı Bulvar istisna olmaqla, şəhərin digər ərazilərində Şaxta Baba fəaliyyətinə icazə verir.
Şaxta Baba olmaq istəyənlərə hər hansı şərtin qoyulmur. İstədikləri Şaxta Baba geyimini geyinə bilərlər. Amma onlara verilən yerdə bu xidməti göstərməli, başqaları üçün təyin olunan yerə girməməlidirlər.
Şaxta Baba olmaq istəyənlər üçün icazənin qiymətinin artırılmasının nəzərdə tutulmadığını bildirib.
Xatırladaq ki, ötən illərdə icazənin qiyməti 60 manat, fəaliyyət müddəti isə yanvarın 13-dək təşkil edib. İcazə alan Şaxta Baba yanında Qar Qızı da saxlaya bilər.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb