Havanın temperaturu 14 dərəcəyə yüksələcək
Azərbaycanın bəzi yerlərində havanın temperaturu 14 dərəcəyə yüksələcək. Dekabrın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.
Dekabrın 10-da axşam qərb rayonlarında, 11-də isə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb