Bakıda "BMW X6" yandı, sürücü son anda xilas oldu
Bakıda hərəkətdə olan avtomobil yanıb, sürücü sayıqlığı nəticəsində xilas olub. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Teymur Elçin küçəsi ilə hərəkətdə olan "BMW X6" markalı avtomobil qəfildən alışıb. Maşının ön hissəsinin alışdığını görən sürücü dərhal yolun kənarında saxladığı avtomobili tərk edib. O, heç bir xəsarət almayıb.
Yanğın isə get-gedə güclənib. Sürücü hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verib. Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın söndürülüb və alovun benzin çəninə keçməsinin qarşısı alınıb. Lakin avtomobil yararsız hala düşüb.
İlkin məlumata görə, yanğına avtomobilin elektrik sistemindəki nasazlıq səbəb olub.
OXŞAR XƏBƏRLƏR
14:40
1432
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1369
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1987
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1248
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2062
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2162