Vətəndaşlardan pul tələb edən keçmiş polislər saxlanılıb
Vətəndaşlardan qanunsuz pul tələb edən keçmiş polislər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, 2014-cü il dekabrın 9-da paytaxtın Nizami rayonunda yerləşən "Göy bazarı" adlanan ərazidə polisin geyim formasında olan bir neçə şəxsin satıcılardan pul tələb etməsi barədə nazirliyə məlumat daxil olub. Dərhal həyata keçirilən tədbirlərlə məlumat təsdiqlənib və həmin şəxslər saxlanılıblar.
Araşdırmalarla polisin işgüzar nüfuzuna xələl gətirən qanunazidd hərəkətlərə yol verənlərin Nizami Rayon Mühafizə İdarəsinin keçmiş polis nəfərləri Hidayət Allahverdiyev və Nazim Əliyev olduqları müəyyənləşib. Onların əməllərində CM-nin 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsində nəzərdə tutulan cinayətin əlamətləri olduğundan toplanmış materiallar prokurorluğa göndərilib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb