Zərifə Əliyeva adına liseyə yeni direktor təyin olunub
Akademik Zərifə Əliyeva adına liseyə yeni direktor təyin olunub. Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, liseyin yeni direktoru Mehriban Vəliyevadır. O, liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi, filologiya üzrə fəlsəfə doktorudur.
M. Vəliyeva Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə ekspert kimi əməkdaşlıq edir. O, “Ən yaxşı müəllim” müsabiqəsinin və “İlin ən yaxşı pedaqoji mühazirəsi” müsabiqəsinin qalibi olub. Bir sıra dərslik, dərs vəsaitləri və məqalələr müəllifidir.
Qeyd edək ki, bir neçə gün öncə təhsil nazirinin əmri ilə akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.
OXŞAR XƏBƏRLƏR
14:40
1432
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1369
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1987
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1248
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2062
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2162