Derek Hoqan: "Həmsədrlərin bəyanatı ABŞ-ın mövqeyini əks etdirir"
"ATƏT-in Minsk Qrupunun həmsədrləri Bazeldə bəyanatla çıxış ediblər. Birləşmiş Ştatlar Minsk Qrupunun həmsədrlərindən biridir və ümumi bəyanat həm də Birləşmiş Ştatların mövqeyini əks etdirir”.
APA TV-nin xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan deyib. O, sülh danışıqlarında yaranan durğunluqdan məyus olduqlarını və narahatlıq keçirdiklərini söyləyib. “Biz hər iki tərəfi sülh danışıqları prosesinə dəstək verməyə çağırırıq”- deyə müvəqqəti işlər vəkili qeyd edib.
Diplomat bildirib ki, həmsədrlər bölgədə baş verən hadisələri yaxından izləyirlər və onların növbəti səfəri Azərbaycan və Ermənistan hökumətlərindən asılıdır. “Hökumətlər nə vaxt onlar üçün müəyyən tarix təyin etsə, o zaman həmsədrlər bölgəyə səfər edəcəklər” - deyə Hoqan əlavə edib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb