MN: Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 57 dəfə pozulub. Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, erməni silahlı bölmələri Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.
OXŞAR XƏBƏRLƏR
14:40
1434
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1371
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1989
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1248
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2062
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2163