Almaniya vətəndaşı Bakıda qəza törətdi
Bakının Xətai rayonunda işıqforun qırmızı işığına məhəl qoymayan sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. Almaniya vətəndaşı Hikmət Yiğitdöl idarə etdiyi "Range Rover"lə Fərid Qasımovun idarə etdiyi "Mercedes"i arxadan vurub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "Range Rover"in sürücüsünün işıqforun qırmızı işığına məhəl qoymaması səbəb olub.
Hadisə ilə bağlı yekun qərar yaxınlıqdakı "Təhlükəsiz Şəhər" (TŞ) kamerasına baxıldıqdan sonra veriləcək. Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1434
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1371
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1989
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1248
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2062
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2163