Bakıda yük avtomobili və içindəki əşyalar yandı
Bu gecə paytaxtın Nəsimi rayonunda hərəkətdə olan yük avtomobilində yanğın olub. APA TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. 1967-ci il təvəllüdlü Ruslan Mustafayev özünə məxsus "Ford" markalı yük avtomobili ilə Dərnəgül şosesində hərəkətdə olarkən anidən avtomobildə yanğın olub. Sürücü avtomobildən düşüb, dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat verib. Dərhal əraziyə dövlət yanğından mühafizə xidmətinin Nəsimi, Nərimanov və Binəqədi rayon yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi gəlib. Alovun qarşısı alınsa da, avtomobil və yük yerində olan soyuducu kondisioner və xalçalar yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Sürücü Ruslan Mustafayevin sözlərinə görə, hadisə zamanı avtomobildə tək olub. İlkin ehtimala görə, yanğına avtomobilin elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğın yeni inşa edilən tunelin çıxışında olduğundan yolun hər iki istiqamətində təxminən 40 dəqiqəyə qədər tıxac yaranıb. Yanan avtomobil Dövlət Yol Polis əməkdaşları tərəfindən cərimə meydançasına aparıldıqdan sonra yolda avtomobillərin hərəkəti bərpa edilib. Yanğının dəqiq səbəbini FHN-NİN əməkdaşları araşdırır.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ