Siyəzəndə güclü külək iki məktəbin damını uçurub
Siyəzəndə güclü külək bir sıra fəsadlar törədib. Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından APA TV-nin yerli bürosuna verilən məlumata görə, rayona elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Güclü külək nəticəsində Siyəzən 4 nömrəli və Qozağacı kənd orta məktəblərinin dam örtüyü uçub. Bundan əlavə, rayonun Beşdam, Kiçik Həmyə, Qozağacı və Qalaşıxı kəndlərində də bir neçə yaşayış evinin dam və hasarını külək uçurub. Komissiyanın sədri Zəfər Əliyev Siyəzən FHK-nın sədri: "Bir neçə sosial obyektin, bir neçə yaşayış evinin, bir neçə kommersiya obyektinin dam örtüyünü güclü külək atıb. Hazırda hadisənin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Komissiyası işləyir. Hələlik dəyən ziyanla bağlı bir söz demək mümkün deyil. Çünki, məlumatlar daxil olur. Araşdırıldıqdan sonra müəyyən nəticəyə gəlmək mümkün olacaq".
Zəfər Əliyevin sözlərinə görə, dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb