Sumqayıtda məcburi köçkün yataqxanada 24 yaşlı oğlanı öldürüb
Sumqayıtda qətl törədilib. Şəhər Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə dekabrın 7-dən 8-ə keçən gecə qeydə alınıb. Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Xəlilov aralarında yaranmış münaqişə zəminində tanışı, 1990-cı il təvəllüdlü Toğrul Əsdanovu bıçaqlayaraq qətlə yetirib.
Prokuror köməkçisi Pərviz Əliyev deyib ki, hadisə 2 saylı yataqxananın yanında olub. Hər ikisi orda yaşayır, qonşu olub.
Hadisənin söyüş üstündə baş verdiyi bildirilir. Onların hər ikisi Laçın rayonundan məcburi köçkündür. Hadisəni törədən V. Xəlilov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
14:40
1433
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1370
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1988
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1248
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2062
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2163