Mikayıl Cabbarov Saatlıda vətəndaşları qəbul edib
Təhsil naziri Mikayıl Cabbarov Saatlıda qəbul keçirib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, nazir Saatlı şəhərindəki Gənclər Mərkəzində Şirvan şəhəri, Saatlı, Sabirabad, İmişli, Beyləqan və Hacıqabul rayon sakinlərini qəbul edib. Nazirə müraciətlər əsasən, müəllimlərin attestasiyası, diplomların tanınması, xaricdə təhsil, tələbələrin və müəllimlərin bir universitetdən digər təhsil müəssisələrinə köçürülməsi, yeni məktəblərin tikintisi və təmiri, təhsil ödənişləri, işlə təminat, təkliflər və sair problemlərlə bağlı olub. Bir sıra məsələlər operativ şəkildə həll edilib, digər müraciətlərin qanunvericiliyə müvafiq qaydada araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyatı üzrə göndərilməsi üçün qeydiyyata alınıb. Qəbulda 60-a qədər sakin iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb