Masallının mərkəzində 16 mağaza yandı
Masallıda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 05.30 radələrində şəhərin mərkəzi bazarında qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı rayon Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının əhatə dairəsi genişləndiyindən əraziyə Lənkəran və Göytəpə şəhərlərinin hər birindən əlavə olaraq daha bir yanğınsöndürən maşın cəlb olunub. Hadisə zamanı, bazarın 500 kvadratmetrlik ərazisi yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır. FHN-in yaydığı məlumatda bildirilir ki, Masallı şəhərində ümumi sahəsi 5000 kv.m olan bazarın ərazisində 450 kv.m sahədə 16 ədəd mağaza və içərisində olan mallar yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb