"Mercedes"lə toqquşan "Kia" yarğana düşdü: 4 yaralı
Bakının Qaradağ rayonu ərazisində 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza Xocasən-Lökbatan yolunda qeydə alınıb.
Xocasən qəsəbəsi istiqamətində hərəkət edən "Kia" və Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik maşınları toqquşub. Zərbənin gücündən "Kia" yolun kənarındakı yarğana düşüb.
Qəza nəticəsində 4 nəfər - 26 yaşlı Həsənov Mirmehdi Mirməhəmməd oğlu, 40 yaşlı Zaur Eynullayev, 51 yaşlı Qantayeva Ziyafət Məhəmməd qızı və 51 yaşlı Naximova Əminə Məhəmməd qızı xəsarət alıblar. Yaralılar Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, xəsarət alanların dördünün də vəziyyəti ağırdır, onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə avtotexniki ekspertiza təyin edilib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb