Rəsmi Tehran: İŞİDİ-i bombalayırıq, amma...
Rəsmi Tehran İran hərbi hava qüvvələrinin İraq ərazisində İŞİD-in mövqelərini bombaladığı ilə barədə yayılan xəbərlərə aydınlıq gətirib. Xarici İşlər Nazirliyindən xəbəri "Guardian" qəzetinə təsdiqləyiblər. Bildirilir ki, bu əməliyyat ABŞ-la hər hansı bir işbirliyi olmadan həyata keçirilib. Nazirliyin rəsmisi İbrahim Rəhimpur əlavə edib ki, onlar İraqın Suriyanın gününə düşməsinə yol verməyəcəklər. "Biz İraqa yardımlarımızı artıracağıq, çünki İraq bizə qonşu dövlətdir" deyə o, vurğulayıb. Xatırladaq ki, İŞİD-ə qarşı koalisiyaya qoşulmayan İran bu vaxta qədər terrorçulara qarşı keçirdiyi əməliyyatları danırdı. Bir neçə gün öncə ABŞ Müdafiə Nazirliyi İran hərbi təyyarələrinin İraq sərhədini keçərək İŞİD-ə zərbələr endirdiyini açıqlamışdı.
OXŞAR XƏBƏRLƏR
14:40
1436
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1373
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1990
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1248
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2062
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2164