Fazil Mustafanın yeni kitablarının imza mərasimi keçirilib
Millət vəkili Fazil Mustafa 2014-cü ildə çap olunan - "Zamanı tələsdirənlər", "Azərbaycan türkünün iman davası" və "Azərbaycanda türk kimliyi və saxta tarix problemi" adlı 3 kitabının imza mərasimini keçirib.
APA TV-nin xəbərinə görə, millət vəkili bildirib ki, bu mərasimdə əvvəlki illərdə çap olunan kitabları da tanıtma imkanı əldə ediblər: "Əsas məqsədimiz imza mərasimindən daha çox insanları kitab oxumağa alışdırmaq, kitab satış yerlərinə baş çəkmək vərdişi yaratmaq, insanlarda kitab sevgisini artırmaqdır".
Millət vəkili bildirib ki, çap olunan "Azərbaycanda türk kimliyi və saxta tarix problemi" kitabı ilə Azərbaycanda tarixə yeni baxış metodologiyası təqdim edilib, ənənəvi tarix doktrinasından fərqli mövqe ortaya qoyulub.
Sonda Fazil Mustafa oxucular üçün kitablarını imzalayıb.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ