Bakıda polisə müqavimət göstərən sərxoş sürücü qəza törətdi
Bakıda sərxoş sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. 90 LT 791 nömrəli, "Hyundai" markalı avtomobilin sürücüsü prospektlə yüksək sürətlə hərəkət edib. Yol polisinin qanuni "Dur!" tələbinə məhəl qoymayan sürücü idarəetməni itirərək maşını əvvəlcə beton arakəsməyə daha sonra yol kənarındakı ağaca çırpıb.
Dərhal hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gəliblər. İçkili sürücü və sərnişini xəsarət almasa da, avtomobilinə ciddi ziyan dəyib.
Sürücü yenə polisə tabesizlik göstərib və içki testindən keçməkdən imtina edib. Əraziyə post-patrul xidmətinin əməkdaşları çağırılıb və sürücü içki testinə cəlb olunub.
Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1436
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1373
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1990
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1248
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2062
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2163