Bakı sakini içində 38700 manat olan çantasını çayxanada unudub
Bakıda çay evində oğurluq hadisəsi baş verib. Əli Vəliyev Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə müraciət edərək çay evində əl çantasını unutduğu, götürmək üçün qayıdan zaman isə çantanın orada olmadığını bildirib. Bakı Şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, o, çantasında 38700 manat pul olduğunu deyib.
Dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Məlum olub ki, oğurluğu törədənlər çay evinin ofisiantları, Ağdaş rayon sakinləri – 1992-ci il təvəllüdlü Mircavad Məsumi və 1990-cı il təvəllüdlü Cavid Yusifovdur. Onlar saxlanılıb.
Hər iki şəxs sahibsiz bağlamanı itməməsi üçün ordan götürdüyünü, qorxudan polisə xəbər vermədiyini deyib.
OXŞAR XƏBƏRLƏR
17:46
1002
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
781
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1106
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
674
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1596
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1723