Bakıda polisləri güllələyən şəxsə ömürlük həbs istənilib
Bakı Ağır Cinayətlər Məhkəməsində polis rəisinin müavinini və onun oğlunu güllələyən şəxsin məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək G. Lətifovun ömrürlük azadlıqdan məhrum edilməsini istəyib. Proses dekabrın 15-də davam etdiriləcək.
Qeyd edək ki, bu il fevralın 23-də Sabunçu qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. F. Qədirov aldığı xəsarətdən ölüb, digərləri xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, G. Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb. Onun bu hərəkətləri sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə G. Lətifov odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb.
Yaralananlardan Akif Nəzirov Suraxanı rayon Polis İdarəsinin rəis müavinidir, onun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ