Həmsədr ölkələrdən Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanat
ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış edib. APA-nın məlumatına görə, ABŞ dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Desir tərəfindən imzalanan bəyanatda bildirilir ki, həmsədr ölkələr münaqişənin sülh yolu ilə həllinə dair mövqelərinə sadiqdir: "Münaqişənin hərbi yolla həlli yoxdur. Biz tərəfləri zorakılıqdan çəkinməyə və münaqişənin qəti həlli üzərində fəal çalışmağa çağırırıq".
Sənəddə il ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində zorakılıq hallarının artmasından narahatlıq ifadə olunur. "İyul və avqustda hərbi fəaliyyətlər ciddi itkilərə səbəb olub, tərəflər arasında gərginliyi artırıb və qarşılıqlı etimadsızlığı dərinləşdirib. Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi üçün əlavə tədbirlər görməli və sülh danışıqlarının inkişafı üçün əlverişli mühit yaratmalıdır. 12 noyabrda hərbi helikopterin vurulması gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün gərginliyi azaldacaq və etimadı bərpa edəcək tədbirlərin vacibliyini göstərir. Biz tərəflərə müraciət edərək gərginliyini artmasının qarşısını almaq üçün onları səbr nümayiş etdirməyə çağırırıq"-deyə bəyanatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ